• cümə, 29 Mart, 10:11
  • Baku Bakı 5°C

Milli Məclisin komitə sədri Gürcüstanda AŞPA-nın tədbirində iştirak edəcək

22.09.18 20:43 319
Milli Məclisin komitə sədri Gürcüstanda AŞPA-nın tədbirində iştirak edəcək
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.
Məclis Aparatından Trend-ə verilən məlumata görə, AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin Tbilisidə keçiriləcək iclasında bir sıra aktual məsələlər müzakirə olunacaq.
Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini söyləyəcək, təkliflərini verəcək.
Səfər sentyabrın 26-da başa çatacaq.
banner

Oxşar Xəbərlər