AZE | RUS | ENG |

Milli Məclisin deputatları Fransada

Milli Məclisin deputatları Fransada
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Cavanşir Feyziyev "Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün mayın 14-dən Fransanın paytaxtı Parisdə səfərdədirlər.
Trend-in məlumatına görə, bir çox dünya ölkələrinin nüfuzlu dövlət xadimlərinin, alimlərin, tarixçi və türkoloqların qatılacağı tədbir Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən UNESCO-nun mənzil qərargahında keçiriləcək.
Forumun əsas məqsədi türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələri beynəlxalq səviyyədə elmi cəhətdən müzakirə etməkdir.
Forum çərçivəsində UNESCO-da böyük mütəfəkkir İmaməddin Nəsiminin anadan olmasının 650, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 iliyi beynəlxalq səviyyədə qeyd olunacaqdır.
Səfər mayın 19-da başa çatacaq.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976