• çərşənbə, 24 Aprel, 04:41
  • Baku Bakı 14°C

Milli Məclisin deputatları AŞPA-nın payız sessiyasında iştirak edəcəklər

08.10.16 09:41 890
Milli Məclisin deputatları AŞPA-nın payız sessiyasında iştirak edəcəklər
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-dan Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.
Parlamentin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə deputatlar Vüsal Hüseynov, Qənirə Paşayeva, Rövşən Rzayev, Sahibə Qafarova, Rafael Hüseynov, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Müslüm Məmmədov, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.
banner

Oxşar Xəbərlər