• cümə, 26 Aprel, 13:57
  • Baku Bakı 23°C

Milli Məclisin deputatının səhhətində problem yarandı

30.05.14 13:03 988
Milli Məclisin deputatının səhhətində problem yarandı
Respublikanın sabiq hərbi komissarı, ehtiyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynov səhhəti ilə bağlı Türkiyəyə gedib.
“Aznews.az”ın xəbərinə görə, bunu Əliağa Hüseynov özü bildirib. O deyib ki, səhhətində yaranan bəzi narahatlıqlarla bağlı hazırda Türkiyədəki xəstəxanaların birində müayinə olunur: “Müayinə üçün 20 gün Türkiyədə olacağam”.
Ə. Hüseynov səhhətində yaranan problemin nədən ibarət olduğu barədə məlumat vermək istəməyib: “Azərbaycana qayıtdıqdan sonra danışarıq”.
banner

Oxşar Xəbərlər