AZE | RUS | ENG |

Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək

Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev aprelin 22-də Qazaxıstana səfər edəcək.
 
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, deputat Nur-Sultan şəhərində keçiriləcək "Mərkəzi Asiya və Qafqazda sağlam qidalanma üçün dayanıqlı ərzaq sistemləri və qidalanmanın idarə edilməsi” mövzusunda regional simpoziumda iştirak edəcək.
 
Tədbirdə Musa Quliyev mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə əhalinin sağlam qidalanması üçün keyfiyyətli ərzaq məhsullarının istehsalı sahəsində görülən işlər, bu istiqamətdə əldə olunan nailiyyətlər barədə məlumat verəcək.
 
Səfər aprelin 27-də başa çatacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056