• cümə axşamı, 28 mart, 22:09
  • Baku Bakı 13°C

Milli Məclisin deputatı Kambocada parlament seçkilərini müşahidə edəcək

28.07.18 21:20 742
Milli Məclisin deputatı Kambocada parlament seçkilərini müşahidə edəcək
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Mərkəzçi Demokratik İnternasionalın tərkibində Kambocada keçirilən parlament seçkilərini müşahidə etmək üçün bu ölkədə səfərdədir.
Sevinc FətəliyevanınAZƏRTAC-a verdiyi məlumata görə, o, Mərkəzçi Demokratik İnternasionalın tərkibində Azərbaycandan olan yeganə müşahidəçidir. O, Yeni Azərbaycan Partiyasını təmsil edir. Səfər çərçivəsində YAP-ın şöbə müdiri "Kambocada siyasi vəziyyət və milli seçki prosesi” mövzusunda keçirilən brifinqdə iştirak edib, ölkənin Baş naziri, Senatın prezidenti, daxili işlər naziri və siyasi partiyaların nümayəndələri ilə görüşüb.
banner

Oxşar Xəbərlər