• cümə, 29 Mart, 19:47
  • Baku Bakı 14°C

Milli Məclisin deputatı AŞPA komitəsinin baş məruzəçisi qismində Britaniyada tədbirdə iştirak edəcək

09.11.16 09:21 816
Milli Məclisin deputatı AŞPA komitəsinin baş məruzəçisi qismində Britaniyada tədbirdə iştirak edəcək
Milli Məclisin deputatı Sevinc Fətəliyeva noyabrın 9-dan 11-dək Böyük Britaniyanın Vest Sussex şəhərində səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, deputat Avropa Şurası Parlament Assambleyası çərçivəsində təşkil olunan "Uşaqların zorakılıqdan qorunması: effektiv strategiya üçün növbəti addımlar” mövzusunda tədbirdə iştirak edəcək. O, AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaqlar üzrə baş məruzəçisi qismində tədbirə qatılacaq.
Milli Məclisin deputatı yığıncaqda mövzu ilə bağlı fikirlərini bildirəcək, təkliflərini verəcək.
banner

Oxşar Xəbərlər