• şənbə, 20 Aprel, 00:24
  • Baku Bakı 15°C

Milli Məclisdə Taksim olaylarından danışdılar

13.06.13 11:31 1248
Milli Məclisdə Taksim olaylarından danışdılar
Milli Məclisin növbədənkənar sessiyasının iclası davam edir. Modern.az xəbər verir ki, iclasda çıxış edən millət vəkili Zahid Oruc bildirib ki, son vaxtlar Qarabağda narkotiklərin geniş yayılması ilə bağlı xəbərlər yayılır.
“Bütün bunlar onu göstərir ki, İranın Ermənistanla ticarət əlaqələri var və bütün sahələrdə tərəfdaşdır. Mediayada gedən məlumatlara görə İran Azərbaycana daha çox narkotika ötürür. Bu İranın Azərbaycana qarşı dövlət siyasəti deməkdir. Hesab edirəm ki, buna qarşı hüquqi müstəvidə mübarizə aparmalıyıq”. Zahid Oruc eyni zamanda Türkiyədəki Taksim meydanında gedən proseslərə də toxunub. Qeyd edib ki, Azərbaycan Türkiyənin təhlükəsizliyinin təmin olunmasının tərəfdardır. “Türkiyə PKK məsələsini həll etdiyi bir zamanda bu məsələ ortaya çıxdı. Hesab edirəm ki, bu, xarici qüvvələrin işidir. Biz Türkiyədə əmin-amanlığın tərəfdarıyıq”.
banner

Oxşar Xəbərlər