AZE | RUS | ENG |

Milli Məclisdə ATƏT PA ilə birgə regional təhlükəsizlik məsələləri müzakirə edilir

Milli Məclisdə ATƏT PA ilə birgə regional təhlükəsizlik məsələləri müzakirə edilir
Bakıda Azərbaycan Milli Məclisinin təşkilatçılığı və ATƏT Parlament Assambleyası (PA) ilə əməkdaşlıq çərçivəsində "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı" və "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransı başlayıb.
Trend-in məlumatına görə, tədbirdə ATƏT PA-nın prezidenti Georgi Tsereteli və vitse-prezidenti Azay Quliyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiç, Almaniya, Türkiyə və Azərbaycanın deputatları, səfirləri və media nümayəndələri iştirak edir.
Görüşdə əsas məqsəd regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və energetika sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək, həmçinin üç ölkənin parlamentarilərindən ibarət Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasını yaratmaqdır.
Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması çərçivəsində Regional təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının hər il iyun ayında Bakıda keçirilməsi planlaşdırılır.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973