• cümə, 19 Aprel, 16:19
  • Baku Bakı 25°C

Milli Məclis soyqırımın 100 illiyi ilə əlaqədar bəyanat qəbul edib

30.03.18 14:45 721
Milli Məclis soyqırımın 100 illiyi ilə əlaqədar bəyanat qəbul edib
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan RespublikasıMilli Məclisinin Bəyanatı qəbul olunub.
APA-nın məlumatına görə, bəyanatıMilli Məclisin xüsusi iclasında sədr müaviniBahar Muradovaoxuyub.
Bəyanatda ermənilərin müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törətdiyi soyqırım və deportasiya faktları sadalanıb.Sənəddə bildirilir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin tabeliyində olan daşnak qruplaşmaları azərbaycanlıları qarşı mənsubiyyətinə görə soyqırıma məruz qoyub: "Bu, ermənilərin "Böyük Ermənistan” xülyası naminə törətdikləri qətliamların ən böyük səhifələrindən biridir”.
Bəyanatda deyilir ki, həmin siyasətin davamı olaraq 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlayıb və bu, torpaqların işğalı, azərbaycanlıların kütləvi qətli, etnik təmizləmə ilə nəticələnib.
SənəddəBMT-nin və digər beynəlxalq təşkilatlarınDağlıq Qarabağmünaqişəsinin həllinə dair qətnamələrinin hələ də icra olunmaması xatırladılıb, ədalətin bərpası tələb olunub.
Bəyanat səsə qoyularaq qəbul edilib.
banner

Oxşar Xəbərlər