• cümə, 19 Aprel, 12:51
  • Baku Bakı 25°C

Milli Məclis sədrinin Gürcüstana səfəri başlayıb

26.05.18 13:30 532
Milli Məclis sədrinin Gürcüstana səfəri başlayıb
Milli Məclisin sədriOqtay Əsədovun Gürcüstana işgüzar səfəri başlayıb.
APA-nın yerli bürosunun məlumatına görə, Tbilisi beynəlxalqhavalimanında O. Əsədovu Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər qarşılayıb.
O. Əsədov səfər çərçivəsində Tbilisidə Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək. O, Gürcüstan parlamentində baş tutacaq "İnkişaf üçün əməkdaşlıq – gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masaya da qatılacaq.
O. Əsədovun Gürcüstana səfəri sabah başa çatacaq.
banner

Oxşar Xəbərlər