• şənbə, 27 Aprel, 01:33
  • Baku Bakı 14°C

Milli Məclis İTV Yayım Şurasının üzvlüyünə namizədləri təsdiq edib - SİYAHI

14.04.17 13:26 701
Milli Məclis İTV Yayım Şurasının üzvlüyünə namizədləri təsdiq edib - SİYAHI
AzərbaycanMilli Məclisinin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təsdiq edilməsi məsələsinə baxılıb.
"Report"un xəbərinə görə, namizədlər Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov olub.
Onlardan Azər Həsrət, Muxtar İmanov və Həsən Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzv seçiliblər.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
banner

Oxşar Xəbərlər