• cümə, 19 Aprel, 06:49
  • Baku Bakı 13°C

Milli Məclis dekabrın 17-də toplaşacaq

09.12.13 15:28 912
Milli Məclis dekabrın 17-də toplaşacaq
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub.
Bu barədə Lent.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, parlamentin növbəti sessiyası dekabrın 17-də baş tutacaq.
Sessiyanın gündəliyinə 14 məsələ daxil edilib.
Parlamentin növbəti sessiyasının gündəliyinə aşağıdakı məsələlər daxildir:
“Milli Məclisin deputatının statusu haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi, Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Kooperasiyasının Təsis Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi, Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında sazişin təsdiq edilməsi haqqında qanun layihəsi, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Hüquqi şəxslərin qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, Inzibati Xətalar Məcəlləsinə, “Cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Qrant haqqında” qanunlara dəyişiklik edilməsi, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihəsi.
banner

Oxşar Xəbərlər