• çərşənbə, 24 Aprel, 09:15
  • Baku Bakı 13°C

Milli Məclis “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişikliyi təsdiq edib

04.05.18 15:15 1037
Milli Məclis “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişikliyi təsdiq edib
Bu günMilli Məclisin plenar iclasında "Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik müzakirə olunub.
"APA-Economics” xəbər verir ki, layihəyə müvafiq olaraq Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) hər bir borcalan haqqında maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verəcək.
Layihəyə əsasən, BOKT tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında” qanunla tənzimlənir.
Qeyd edək ki, mərkəzləşdirilmiş kredit reyestrində toplanmış məlumatlara bank sirrinin bu qanunla müəyyən olunmuş qorunma qaydaları şamil olunur.
banner

Oxşar Xəbərlər