• cümə, 29 Mart, 16:43
  • Baku Bakı 14°C

Milli Məclis 2014-cü ilin dövlət büdcə zərfini qəbul etdi

22.11.13 10:51 1155
Milli Məclis 2014-cü ilin dövlət büdcə zərfini qəbul etdi
Bu gün Milli Məclisin plenar iclasında büdcə məsələsinə daxil olan 6 qanun layihəsi qəbul edilib.
“APA-Economics”in məlumatına görə, millət vəkilləri millət vəkilləri “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2014-cü il üçün xərclər smetalarını, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” qanunu qəbul ediblər.
İclasda çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsi layihəsi parlamentin komitələrinin iclaslarında geniş müzakirə olunub. Nazir qeyd edib ki, gələn ilin büdcəsi balanslaşdırılmış büdcədir və ölkənin inkişafına xidmət edəcək.
Qeyd edək ki, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 18,384 mlrd. manat, xərcləri 20,063 mlrd. manat, büdcə kəsirinin yuxarı həddi 1,679 mlrd. manat təşkil edir.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin gəlirləri və xərcləri 2 928 452 000,0 manat nəzərdə tutulur. Gəlirlərin tərkibində 1,780 mlrd. manatı icbari dövlət sosial sığorta haqları, 1,142 mlrd. manatı isə dövlət büdcəsində transfertlər təşkil edəcək. Xərclər strukturunda 2 788,619 mln. manatı pensiyaların ödənilməsinə yönəldiləcək.
Müvafiq qanunla gələn il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilir.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilir.
banner

Oxşar Xəbərlər