AZE | RUS | ENG |

Milli maraqlarımızın təmin olunması istiqamətində atılan mühüm addım

Milli maraqlarımızın təmin olunması istiqamətində atılan mühüm addım
Prezident İlham Əliyevin Belçikaya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin genişləndirilməsinə töhfə verəcək. Səfər zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Belçikalıların Kralı Əlahəzrət Filip ilə keçirilən görüşlər hazırkı mərhələdə milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilməlidir. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili təəssüflə qeyd edib ki, milli maraqlarımızın təmin olunması üçün atılan bu addımlar anti-Azərbaycan qüvvələri narahat edir və bizə qarşı öz vətəndaşlarımızdan istifadə edirlər: "Özünü azərbaycanlı hesab edən heç kəs ermənipərəst mərkəzlərin belə ucuz oyunlarına alət olmamalıdır. Çünki Azərbaycan Prezidentinin səfəri zamanı təşkil edilən bu cür aksiyalar təkcə Azərbaycan hakimiyyətinə deyil, eləcə də milli maraqlarımıza qarşıdır. Belə mövqe Azərbaycan xalqına qarşı xəyanətdir. Ermənilər müxtəlif vasitələrə əl atmaqla Azərbaycanı öz ərazi bütövlüyünü bərpaetmə məqsədindən yayındırmağa çalışırlar. Şübhəsiz ki, Azərbaycan diplomatik münasibətlərdən, beynəlxalq nüfuzundan istifadə edərək ermənilərin törədə biləcəyi təxribatların qarşısını alır. Təəssüf ki, vətəndaşlıq məsuliyyəti və milli təəssübkeşliyi lazımi səviyyədə olmayan bəzi şəxslər ermənilərin əlində alətə çevrilməklə belə aksiyalar keçirməyə cəhd edirlər. Bu, yolverilməzdir. Biz torpaqlarımızı yalnız milli birlik və ümummilli mücadilə nəticəsində azad edə bilərik. Hamımız birdəfəlik bu həqiqəti bilməli və milli maraqlarımıza qarşı hər hansı bir addım atmamalıyıq".

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815