• cümə axşamı, 18 aprel, 13:04
  • Baku Bakı 22°C

“Milli komandaya dəvət olunmağa bəzilərindən daha çox layiqəm“

11.10.13 14:38 1243
“Milli komandaya dəvət olunmağa bəzilərindən daha çox layiqəm“
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiya ilə oyunlara dəvət olunmamasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İlk növbədə, onu qeyd etmək istəyirəm ki, yığmamız bu gün Şimali İrlandiyaya qalib gəlməyə borcludu. Bu oyunlara dəvət olunmamağıma gəlincə, bunun səbəbini bilmirəm. Yığmaya nə vaxt çağırılacağımı da hörmətli Berti Foqtsdan soruşun. O, necə istəyirsə, elə də edir. Amma mən öz növbəmdə yığmaya çağırılmağa layiq olduğumu düşünürəm.
Özü də bəzi futbolçulardan daha çox layiqəm. Ad açıqlamaq istəmirəm. Onlardan güclü olduğumu düşünürəm. Bunu çoxları bilir. Sadəcə, onu deyə bilərəm ki, yığmaya qayıtmağı çox istəyirəm”.
banner

Oxşar Xəbərlər