AZE | RUS | ENG |

Milli komandamızdan ilk qələbə gəldi - Avropa çempionatında

Milli komandamızdan ilk qələbə gəldi - Avropa çempionatında
Qadın basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatında növbəti oyunlar keçirilib


Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışda son matçına çıxıb. Baş məşqçi Tatyana Slojenitsinanın yetirmələri Cəbəllütariqlə qarşılaşıb. 5-7-ci yerlər uğrunda mübarizə aparan qrupun 2-ci oyunu millimiz üçün uğurlu alınıb. Komandamız turnirdəki ilk qələbəsini əldə edib – 69:50 (12:6, 18:16, 17:14, 22:14). Bu qələbə millimizi qrupda 1-ci, ümumi sıralamada 5-ci yerə yüksəldib. Lakin son turun Uels – Cəbəllütariq qarşılaşması turnir cədvəlində dəyişikliyə səbəb ola bilər. Sonuncular 36-dan az top fərqi ilə qalib gəlsə, millimiz çempionatı 5-ci yerdə tamamlayacaq. Digər hallarda isə komandamız 6-cı olacaq. Qeyd edək ki, Azərbaycan yığması I mərhələdəki hər 3 oyununda məğlub olmuşdu. Yığmamız Şotlandiyaya 56:66, Avstriyaya 29:94, Uelsə 67:69 hesabı ilə uduzmuşdu.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311