• çərşənbə axşamı, 16 aprel, 11:29
  • Baku Bakı 14°C

Milli komandamız ilə İsrailin oyunu isveçli hakimə tapşırıldı

02.09.13 14:55 1163
Milli komandamız ilə İsrailin oyunu isveçli hakimə tapşırıldı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail - Azərbaycan oyununun baş hakiminin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, Ramat Qandakı eyni adlı stadionda baş tutacaq oyunu isveçli Stefan Yohannesson idarə edəcək.
Onun köməkçilərinin kimliyi isə hələlik tam bəlli deyil. Maraq üçün bildirək ki, Yohanesson azərbaycanlı futbolsevərlər üçün müəyyən qədər tanış hakimdi. O, UEFA Kubokunun 2008-09 mövsümündə “Bakı” ilə Bolqarıstan “Levski”si arasındakı səfər qarşılaşmasında fit çalıb. “Bakı”nın üzvlərinə iki, meydan sahiblərinin oyunçularına dörd sarı vərəqə göstərən Yohanesson bolqarların 2:0 hesablı qələbəsini qeydə almışdı.
Qeyd edək ki, İsrail - Azərbaycan oyunu sentyabrın 7-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
banner

Oxşar Xəbərlər