AZE | RUS | ENG |

“Milli komandamız” filmi ekranlarda

“Milli komandamız” filmi ekranlarda
Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı və hazırlıq prosesi zamanı yoxlama oyunları ilə bağlı AFFA-nın dəstəyi əsasında “Milli komandamız” filmi hazırlanıb. Lent.az-ın məlumatına görə, filmin ideya və ssenari müəllifi AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğludur. Departamentin digər əməkdaşları - Fərid Əhmədov filmin rejissoru, Mirzə Ələkbərov filmin operatoru, Etibar Tağıyev isə filmin redaktorudur. Filmdə AFFA-nın baş katibi Elxan Məmmədovun, yığmamızın baş məşqçisi Berti Foqtsun və komanda üzvlərinin toplanış, həmçinin millimizin 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunlar barədə fikirləri, məşq prosesi və yoxlama oyunlarından maraqlı görüntülər yer alıb. Qeyd edək ki, “Milli komandamız” filmi martın 11-dən 12-ə keçən gecə, saat 00:30-da Xəzər televiziyasında “Futbol saatı” proqramında nümayiş etdiriləcək. Film bundan əvvəl İctimai Televiziyada göstərilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8964
GEL 1 1 Gürcüstan larisi 0.6134
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1611
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.6801
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2805