AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Milli komandamız” filmi ekranlarda

“Milli komandamız” filmi ekranlarda

İdman
07 Mart 2013, 16:16 2139
Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışı və hazırlıq prosesi zamanı yoxlama oyunları ilə bağlı AFFA-nın dəstəyi əsasında “Milli komandamız” filmi hazırlanıb. Lent.az-ın məlumatına görə, filmin ideya və ssenari müəllifi AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğludur.

Departamentin digər əməkdaşları - Fərid Əhmədov filmin rejissoru, Mirzə Ələkbərov filmin operatoru, Etibar Tağıyev isə filmin redaktorudur. Filmdə AFFA-nın baş katibi Elxan Məmmədovun, yığmamızın baş məşqçisi Berti Foqtsun və komanda üzvlərinin toplanış, həmçinin millimizin 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunlar barədə fikirləri, məşq prosesi və yoxlama oyunlarından maraqlı görüntülər yer alıb.

Qeyd edək ki, “Milli komandamız” filmi martın 11-dən 12-ə keçən gecə, saat 00:30-da Xəzər televiziyasında “Futbol saatı” proqramında nümayiş etdiriləcək. Film bundan əvvəl İctimai Televiziyada göstərilib.