AZE | RUS | ENG |

Milli klaviatura yayda istifadəyə veriləcək

Milli klaviatura yayda istifadəyə veriləcək
Azərbaycanın milli klaviaturası karpal tunel sindromu xəstəliyinin qarşısını almağa qadir olacaq


Bu barədə APA-ya açıqlamasında klaviaturanın müəlliflərindən biri, AMEA-nın müxbir üzvü, Kibernetika İnstitutunun laboratoriya rəhbəri Asəf Hacıyev bildirib. Onun sözlərinə görə, yeni klaviatura artıq “Microsoft” şirkəti tərəfindən qəbul edilib və Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində patent alıb. “Microsoft” şirkəti milli klaviaturanı Windowsun yeni versiyasına daxil edəcək. Artıq yay aylarında milli klaviatura istifadəyə veriləcək. Bununla əlaqədar Microsoft şirkəti ilə anlaşma var.

A. Hacıyevin sözlərinə görə, yeni klaviatura rus və ingilis hərflərinin düzülüşünə əsaslanan klaviaturalardan bir çox üstünlüklərə malikdir: “Əvvəllər rus hərflərinin düzülüşündən istifadə olunurdu. Sonra ingilis düzülüşü əsas götürüldü. Bu zaman çatışmayan Azərbaycan hərfləri müxtəlif yerlərə yerləşdirildi. Amma ingilis hərfləri əsasında olan düzülüş rus hərflərinin düzülüşündən daha pisdir. Rus hərflərinə əsaslanan düzülüş barmaqlara düşən yükü azaldırdı və yığım prosesi daha tez baş verirdi. Ona görə də biz milli klaviaturanı hazırlayarkən belə qərara gəldik ki, Azərbaycan dilinin xüsusiyyətlərini özündə əks etdirən düzülüş yaradaq. Bu klaviatura karpal tunel sindromu xəstəliyinin qarşısını alacaq. Əgər barmaqlara yük düzgün düşmürsə, insanların sinir sistemində problemlər yaranmağa başlayır. Bu xəstəlik peşəkar makinaçılara, operatorlara, ümumiyyətlə kompüterlə çox işləyən insanlara xasdır. Yeni düzülüş bu xəstəliyin qarşını alır, barmaqlara düşən yükü daha düz yönəldir, həm də belə klaviaturada rus və ingilis hərflərinin düzülüşünə nisbətən yığım saatı daha azdır”.

A. Hacıyev deyib ki, milli klaviatura Azərbaycan hərflərinin kompüter klaviaturası üzərində ən optimal düzülüşü kimi yaradılıb: “Bəzi insanlar belə hesab edirlər ki, müstəqil dövlətin öz dili var, bu dildəki hərflərə uyğun olaraq klaviaturada düzülüş olmalıdır. Azərbaycan dilində ən çox rast gəlinən hərflər “A” və “Ə” hərfləridir. Bundan əvvəlki klaviaturalarda “Ə” hərfi çox narahat yerdə idi. Hər dəfə o hərfi yığanda insanın barmaqlarına düşən yük çox ağır olurdu. Əsas barmaqla vurulmurdu, bu həm karpal tunel sindromu xəstəliyinə səbəb olur, həm də yığım prosesi zəifləyirdi. Yeni klaviaturada “A” və “Ə” hərfləri ikinci cərgədə ortada olacaq. Belə olarsa, həmin hərflər baş barmaqla vurulacaq”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779