Milli Kitabxanada Silahlı Qüvvələr Gününə həsr edilən sərgi açılıb
İyunun 23-də Milli Kitabxanada Azərbaycan Silahlı Qüvvələr Gününə həsr edilən sərgi açılıb.
KitabxanadanAZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Silahlı Qüvvələrinin tarixini və müasir dövrünü əks etdirən kitablar və dövri mətbuat nümunələri yer alıb.