• cümə axşamı, 28 mart, 22:27
  • Baku Bakı 13°C

Milli İncəsənət Muzeyində uşaqlar üçün konsert proqramı təqdim olunacaq

12.09.18 11:00 598
Milli İncəsənət Muzeyində uşaqlar üçün konsert proqramı təqdim olunacaq
Sentyabrın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində "Musiqi palitrası” adlı yeni əyləncəli proqram təqdim olunacaq.
Muzeydən Trend-ə verilən məlumata görə, uşaqlar üçün nəzərdə tutulan sözügedən proqram milli musiqimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır.
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq tədbirdə Respublika İncəsənət Gimnaziyasının şagirdləri konsert proqramı ilə çıxış edəcəklər.
Proqramın birinci hissəsində əlamətdar günün tarixçəsindən danışılacaq, milli musiqi alətlərindən bəhs ediləcək və Azərbaycan bəstəkarlarının klassik əsərləri səsləndiriləcək.
Tədbirin ikinci hissəsi milli ruhlu musiqilərdən ibarət karaoke ilə davam edəcək. Uşaqlar həm oynayacaq, həm də bəstəkarlarımızın filmlərə həsr etdikləri musiqiləri ifa edəcəklər.
banner

Oxşar Xəbərlər