• cümə, 29 Mart, 13:41
  • Baku Bakı 14°C

Tarixi geyimlərdə yaşadan gənclər - Missiya- FOTOLARLA

04.11.16 12:21 13380
Tarixi geyimlərdə yaşadan gənclər - Missiya- FOTOLARLA

Onlar üçün tarixin yaddaşından süzülüb gələn hər bir şey müqəddəsdir. Birinin 26, o birinin 23 yaşı olsa da, yaşıdlarından fərqli olaraq, maraqları Azərbaycan tarixini geyimlərdə qorumaq və saxlamaqdır. Topladıqları qədim eksponatların sayına görə, Tarix Muzeyindən sonrakı yeri tuturlar. Boğazlarından kəsərək, qəpiyi qəpik üstə yığıb, aldıqları eksponatlar onlar üçün də, elə bizim üçün də böyük bir xəzinədir. Tarixin qoxusu gələn bu xəzinəni qorumaq üçün isə təkcə səy göstərirlər. Özü də yorulmadan, usanmadan. Müsahiblərimiz tariximi geyimlərdə yaşadan gənclərimiz - Ruslan Hüseynovla Fuad Cəbrayılovu yaxından tanıyaq...

Ruslan 10 yaşından incəsənətə maraq göstərir, Hindistan qabları toplayır. 12 yaşında Qız Qalasında Hindistan qablarından ibarət sərgisi keçirilir. Beləcə, İçərişəhəri tanımağa başlayır və hind qablarını satıb, əvəzində milli qablar toplamağa qərar verir. 14 yaşında qonşularından biri ona kitab bağışlayır - "Azərbaycan milli tikmələri” kitabı. O vaxtdan qarşısına məqsəd qoyur ki, bu kitabda nə tikmə nümunəsi varsa, hamısını yığacaq. Evdən yemək üçün verilən pulları üst-üstə yığıb, İçərişəhərə qaçır və hər dəfə bir əl işi ilə evə dönür. 2007-ci ildə oxuduğu 18 nömrəli məktəbdə onun eksponatlarından ibarət sərgi keçirilir. 2012-ci ildə İçərşəhərdə keçirilən sərgidə Ruslanın da əl işləri olur və sərgiyə gələn Fuadla tanışlığı baş tutur. İkincu kursda oxuyan Fuadın da sərgiyə gəlməsi və Ruslanla söhbət əsnasında 19-cu əsrə aid tikmələr (möhür qabı, pul qabı, saat qabı və s.) yığmağa başladığını deməsi onların dostlaşmasına səbəb olur. Bir yerdə işləmək qərarına gəlirlər. Ruslanın təklifi ilə özəl bir emalatxana açıb, işə başlayırlar. İşə elə başlayırlar ki, gözlərini açanda kolleksiyalarında 3 mindən çox eksponatın olduğunu görürlər.

"Bir də görürdün ki, qaldığımız evin qapısı döyülürdü...”

- Eksponatlarınıza nələr daxildir?
- Əsasən 18-19-cu əsrin milli geyimləri, mis qab nümunələri,qədim məişət əşyaları olan gülabdanlar, kasalar, parfum qabları və şüşə mücrülərdir. Bundan başqa, Səfəvilər dövrünə, Qacarlara aid orijinal parça nümunələri də var. Yayda biz Bakıda tapılmırıq, regionları gəzirik. İnsanlarla həmsöhbət olur, kimdə nə qaldığı ilə maraqlanır, eyni zamanda qədimdə geyimlərin necə geyinildiyi ilə maraqlanır, məlumatlar toplayırıq. Kolleksiyamızada qadın paltarları, papaq nümunələri, ayaq geyimləri - başmaqlar, çarıqlar, çəkmələr, baş örtükləri, boxçalar, zinət əşyaları - kəmərlər, sırğalar, sinəbəndlər, eyni zamanda, qacarlara məxsus məişət əşyaları, mis qab nümunələri, gülabdanlar, kasalar, parfum qabları və şüşə mücrülər də var.

banner

Oxşar Xəbərlər