• cümə, 29 Mart, 05:52
  • Baku Bakı 7°C

Milli Elmlər Akademiyasının Neft İnstitutu yaradılacaq

18.07.13 11:22 1289
Milli Elmlər Akademiyasının Neft İnstitutu yaradılacaq
“Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutu yaradılacaq”. APA-nın məlumatına görə, bu fikirləri mətbuat konfransında AMEA-nın prezidenti Akif Əlizadə söyləyib. Akif Əlizadə AMEA-da Neft İnstitutunun yaradılmasının əhəmiyyəti haqda danışıb: “Azərbaycan neft diyarıdır, belə bir institut olmalıdır. Hazırda bu məsələyə Prezident Administrasiyasında baxılır”.
O bildirib ki, Azərbaycanda müasir Xəzər Mərkəzi də yaradılır: “Prezident İlham Əliyev bununla bağlı sərəncam verib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AMEA hazırda bu Mərkəzin yaradılması ilə məşğuldur”.
Akif Əlizadə AMEA-da şərqşünaslıq istiqamətində fəaliyyət göstərəcək qurumun yaradılması niyyətinin olduğunu da qeyd edib.
AMEA-nın prezidenti bu yaxınlarda akademiyanın institutlarına boş direktor yerlərinə müsabiqə barədə elan veriləcəyini bildirib: “İnstitutlara bacarıqlı alimlər rəhbərlik edəcək”.
banner

Oxşar Xəbərlər