• cümə, 19 Aprel, 20:40
  • Baku Bakı 24°C

Milli Dirçəliş Hərəkatı Partiyasının İkinci Qurultayı keçirilib

16.05.17 09:45 992
Milli Dirçəliş Hərəkatı Partiyasının İkinci Qurultayı keçirilib
Ötən günMilli Dirçəliş Hərəkatı Partiyasının İkinci Qurultayı keçirilib.
Qurultayın Təşkilat Komitəsinin üzvü, partiyanın Qarabağ Departamentinin sədri, Qarabağ döyüşçüsü, tanınmış ictimai-siyasi xadim Şakir Ağayev Qurultayı açıq elan etdikdən sonra, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra şəhidlərimizin ruhuna bir dəqiqəlik sayqı duruşu elan edilib.
Ardınca, Qurultayın Say Komissiyasına, Mandat Komissiyasına, Qurultaya sədarətin və katibliyin şeçilməsi üçün namizədlər verilib və tərkibləri müəyyən edilib.
Millət vəkili Fərəc Quliyevin, Şakir Ağayevin və tanınmış politoloq Elşən Manafovun sədarətliyi ilə keçirilən Qurultayın gündəliyi təklif edilən əlavə və dəyişikliklərdən sonra təsdiqlənib.
Qəbul edilmiş gündəliyə uyğun olaraq, Qurultaylararası dövrlə bağlı MDHP sədri Fərəc Quliyevin fəaliyyət hesabatı dinlənilib.Partiya sədrinin dolğun məruzəsini Qurultay iştirakçıları məmnunluqla qarşılayıblar.
Sədrin hesabatı ilə bağlı çıxış edənlər fəaliyyətin olduqca faydalı və qənaətbəxş olduğunu bildiriblər.
Ardınca partiyanın maliyyə və Nizamnamə Komissiyasının hesabatları dinlənilib. Hesabatlarla bağlı verilən suallar cavablandırılıb.
Qurultayda partiyanın Nizamnaməsinə də dəyişikliklər edilib. Partiyanın aktiv fəaliyyəti, seçkilərdə və siyasi proseslərdə yaxından iştirakını nəzərə alaraq, partiyanın Qurultayının 2 ildən bir deyil, 5 ildən bir keçirilməsi ilə bağlı verilmiş təklif qəbul edilib.
Sonra MDHP sədrinin seçilməsi üçün seçki keçirilib və açıq səsvermə ilə, Fərəc Quliyev yenidən partiya sədri seçilib.
Fərəc Quliyev Qurultay iştirakçılarına təşəkkürünü bildirərək, növbəti dönəm üçün nəzərdə tutulan fəaliyyəti barədə məlumat verib.
Ardınca partiya Ali Məclisinin və Nizamnamə Komissiyasının tərkibləri müəyyənləşərək təsdiqlənib.
İkinci Qurultayın Təşkilat Komitəsi və partiyanın departamentləri tərəfindən hazırlanmış qətnamələr və bəyanatlar dinlənilib. Verilmiş təkliflər nəzərə alınmaqla Qurultay tərəfindən qəbul edilib.
Rəsmi hissənin yekunu olaraq, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və iclas bağlı elan edilib.
banner

Oxşar Xəbərlər