AZE | RUS | ENG |

Milli Azadlıq Hərəkatı Gününün loqosu Türkiyə ictimaiyyətə təqdim olunub

Milli Azadlıq Hərəkatı Gününün loqosu Türkiyə ictimaiyyətə təqdim olunub
Türkiyə Prezident Administrasiyasının Əlaqələr Başkanlığı 19 May - Milli Azadlıq Hərəkatı Gününün 100-cü ildönümü ilə bağlı hazırladığı loqonu ictimaiyyətə təqdim edib.
 
AZƏRTAC Əlaqələr Başkanlığına istinadla xəbər verir ki, Türkiyə Respublikasının qurulmasının təməl günü sayılan Milli Azadlıq Hərəkatı Gününün yubiley tədbirlərində bu loqodan istifadə olunacaq.
 
Qeyd edək ki, 19 may tarixi Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk milli azadlıq hərəkatının başlandığını elan edərək İstanbuldan yola çıxıb Samsun şəhərinə çatdığı gündür. Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, 19 may bütün ölkədə təntənəli şəkildə qeyd olunacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779