• cümə, 19 Aprel, 02:19
  • Baku Bakı 18°C

Millət vəkilləri: “Türkiyəyə qarşı təzyiqlər Avropada islamafobiya və ksenofobiya dalğasının başladığını göstərir”

12.03.17 14:22 893
Millət vəkilləri: “Türkiyəyə qarşı təzyiqlər Avropada islamafobiya və ksenofobiya dalğasının başladığını göstərir”
"Niderlandın, bundan öncə isə Almaniyanın Türkiyəyə münasibətdə tutduğu yol qəbuledilməzdir”.BunuAPA-ya açıqlamasında Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziriFatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakıkonsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirən millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov söyləyib.
Millət vəkili deyib ki, Türkiyə xarici işlər nazirinin Niderlanda təyyarəsinin enməsinə və türk icmasının Türkiyədə keçiriləcək referendumla bağlı mitinqlərinə icazə verilməməsi təsdiqləyir ki, bir çox Avropa ölkələrində, o cümlədən Niderlandda islamafobiya və ksenofobiya var: "Mart ayında Niderlandda parlament seçkiləri keçiriləcək. Radikal Azadlıq Partiyasının, onun lideri Geert Vildersin bu seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirilir. Geert Vilders Niderlandda məscid tikilməsinin, ölkəyə müsəlmanların daxil olmasının qadağan edilməsinin tərəfdarı olduğunu bəyan edir, islamı faşizmlə, Quranı Hitlerin faşizmi təbliğ edən əsəri ilə eyniləşdirir”.


E. Nəsirov bu gün Azərbaycan prezidenti İlham Əliyevin həmişə səsləndirdiyi fikrin aktual olduğunu vurğulayıb: "Prezidentİlham Əliyevvurğulayıb ki, bu gün Avropada çox qorxulu tendensiyalar baş verməkdədir, radikal sağ qüvvələr hakimiyyətə iddialıdır. Dövlət başçısı qeyd edib ki, bir gün onlar Avropada hakimiyyətə gələrsə, nə baş verər? Prezidentİlham Əliyev"Rossiya-24” telekanalına son müsahibəsində də bunu söyləmişdi. Türkiyəyə qarşı təzyiqlər Avropada islamafobiya və ksenofobiya dalğası başladığını göstərir. Bu, Türkiyəni güclənmək yolundan döndərməyəcək. Qarşıdakı referendumda hakim Ədalət və İnkişaf Partiyası qalib gələcək”.
Millət vəkili Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın bundan əvvəl Avropanın Türkiyəyə qarşı təzyiq göstərməyə son qoymağa çağırmasını xatırladıb: Türkiyə prezidenti demişdi ki, Fransa və digər ölkələrin də Avropa İttifaqından ayrılması prosesi baş verə bilər, Türkiyənin alternativləri var. Bu alternativlərdən biri kimi isə Şanxay Əməkdaşlıq Təşkilatını göstərmişdi. Mövlud Çavuşoğlu da bu gün bildirdi ki, əgər Türkiyə vətəndaşlarının Avropa İttifaqına vizasız daxil olması barədə vəd yerinə yetirilməzsə, TürkiyəAvropa İttifaqıilə miqrasiya prosesinin tənzimlənməsinə dair keçən il imzalanan sazişdən imtina edəcək”.
E. Nəsirov baş verən proseslərin Avropada radikal sağ, neofaşist qüvvələrin aktivləşdiyini göstərdiyini qeyd edib: "Bu gün Türkiyə hədəf seçilib, sabah başqa ölkə hədəf seçilə bilər. Bəşəriyyət faşizmin, İkinci Dünya Müharibəsinin nəticələrini unutmamalıdır”.
Millət vəkili Hikmət BabaoğluAPA-ya açıqlamasında bu günlərdə Türkiyə ilə Hollandiya və Almaniya arasında baş verənlərin beynəlxalq hüququn pozulması olduğunu vurğulayıb: "Baş verənlər Avropanın təbliğ etdiyi dəyərlərin Avropa üçün keçərli olmamasının isbatıdır. Şər hansı bir ölkənin nazirinin başqa ölkədə vətəndaşları ilə görüşməsi beynəlxalq hüquq, insan haqları, azadlıqları və etika baxımından məqbuldur. Buna yol verilməməsi insan hüquqlarının pozulması, Avropa dəyərlərinin gözdən salınmasıdır. Bu hadisələr Avropa imperializminin arxasında gizləndiyi dəyərlərlə manipulyasiya imkanlarını azaldır. Bu, bir daha göstərir ki, insan hüquqları başqa dövlətlərə təzyiq üçün bir mexanizmdir. Belə olmasa idi, Almaniya və Hollandiyada yaşayan türklər öz nazirləri il görüşmək imanı əldə edər, Türkiyəyə qarşı təzyiq ənənə halına gəlməzdi”.
H. Babaoğlu bu hadisələrin beynəlxalq münasibətlərdəki aktorlar üçün Avropada nəyin baş verdiyini dərk etmələri baxımından baxımdan bir nümunə olduğunu qeyd edib: "İnsan hüquqları, azadlıqlar kimi dəyərlər Avropa üçün başqa ölkələrə təzyiq etmək vasitəsidir. Hələ ötən əsrin 50-ci illərində Çörçil deyirdi ki, demokratiya Avropanın uzaqvuran silahıdır. Bu gün baş verənlər göstərdi k, demokratiya Avropa üçün həqiqətən bir silahdır. Biz gözləyirik ki, insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar buna qarşı səsini qaldırsınlar. İnsan hüquqlarını, söz azadlığını müdafiə edən beynəlxalq hüquq təşkilatları niyə susurlar? İnsan hüquqları ilə bağlı ixtisaslaşmış qurum olanAvropa Şurasıniyə öz səsini qaldırmır? Avropa bu dəyərlərə sadiqdirsə, Avropanın regional təşkilatları və beynəlxalq təşkilatlar bunu qınamalıdırlar. Əks halda bu göstərəcək ki, insan hüquqları onlar üçün bir istismar vasitəsidir”.
"Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Hollandiyaya enməsinə icazə verilməməsi, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobilinin Hollandiya polisi tərəfindən saxlanması və Hollandiya polisi tərəfindən dinc türk etirazçılara qarşı zorakılığın tətbiq edilməsi demokratiyaya böyük təhdiddir". Bunu isə Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, türklər Hollandiyada öz fikirlərini dinc şəkildə ifadə edirdilər: "Ancaq polislər itlərdən istifadə edərək onları itlərə qapdırırlar, insanları atların ayağı altına salırlar. Türkiyədə olan məsələlərə öz münasibətlərini dinc, demokratik yolla ifadə edən insanlara qarşı bu cür hərəkətlər Avropa üçün böyük utancverici bir haldır. İndiyənə qədər mən görməmişdim ki, XXI əsrdə polislər dinc insanları itlərə qapdırsınlar”.

B.Əliyev bildirib ki, bu bütün demokratik prinsiplərə, bəşəri dəyərlərə ziddir: "Düşünürəm ki, Avropadakı siyasətçilər, o cümlədən Niderlanddakı siyasətçilər buna qarşı öz haqq səslərini ucaldacaqlar və demokratiyaya qarşı yönəlmiş bu cür hərəkətləri qətiyyətlə pisləyəcəklər. Çünki bu, qətiyyən yolverilməz bir haldır və demokratiyaya böyük bir təhdiddir. İnsan haqları, azad söz ifadəsinə münasibət budurmu?! Bunlar terrorçulara, separatçılara qucaq açırlar, yer verirlər, onların başqa ölkələrə qarşı yönəlik hərəkətlərinə dəstək verirlər, ancaq türkiyəli nazirləri, diplomatları nəinki ölkəyə buraxmırlar, səfirlərin avtomobillərini saxlayırlar. Bu ümumiyyətlə Viyana Konvensiyasına ziddir, eyni zamanda insanların dinc yolla fikirlərini sərbəst ifadə etmələrinə qarşı itlərdən istifadə etmələri XXI əsrin faciəsidir”.
"Türkiyə rəsmilərinin Avropanın bəzi ölkələrinə buraxılmamasının səbəblərinə dair həmin ölkələrin rəsmilərinin verdikləri bəyanatlar əsl niyyətlərin ört-basdır edilməsi üçün yalnız bəhanə olub, imzalanmış dövlətlərarası və beynəlxalq sənədlərə ziddir".Bunu da Trend-ə millət vəkili, professor Musa Qasımlı deyib.Deputat qeyd edib ki, həmin Avropa dövlətlərinin belə addım atmasının bir sıra dərin səbəbləri var: "Türkiyədə xaos, anarxiya, geriləmə arzulayan və bunun üçün çalışan bəzi dairələr referendumdan "bəli" cavabı çıxdıqdan sonra Türkiyənin güclənəcəyindən, terrora ağır zərbə vurulacağından, türk hökumətinə etmək istədikləri təzyiq vasitələrinin zəifləyəcəyindən və ya aradan qalxacağından rahatsızdırlar. Həmin Avropa ölkələri eyni zamanda, Türkiyə Prezidentinin güclü olmasından, sözünü birbaşa və açıq şəkildə söyləməsindən, Milliyyətçi Hərəkat Partiyası və AKP-nin bərabər hərəkət etməsinin Avropa ölkələri üçün yarada biləcəyi problemlərdən, Avropa ölkələrindəki türk əhalisinin arasında "bəli" cavabı verənlərin sayının artmasından, referendumla əlaqə baxımından bəlkə uzaq görünsə də Rusiya-Türkiyə yaxınlaşmasından da rahatsızdırlar. Ancaq motivi nə olsursa-olsun, ölkələrə türk rəsmilərinin girişinin qadağan edilməsi Avropanın qəbul etdiyi demokratiya prinsiplərinə ziddir və qarşılıqlı münasibətlərdə xoşagələn hal deyildir. Türk hökumətinin verəcəyi cavab da adekvat, tamamilə başadüşülən və qəbuledilən olacaqdır."



banner

Oxşar Xəbərlər