• şənbə, 20 Aprel, 10:19
  • Baku Bakı 14°C

Millət vəkilləri deputatın etik davranış qaydaları haqqında qanun layihəsinə etiraz edir

02.05.17 15:40 1009
Millət vəkilləri deputatın etik davranış qaydaları haqqında qanun layihəsinə etiraz edir
"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında deputatların narazılığına səbəb olub.
APA-nın məlumatına görə, deputatZahid Orucdeyib ki, deputat mandatını parlamentdə itirəcəksə, deməli, məhkəmənin səlahiyyətləri mənimsənilir: "Biz məhkəmənin qərarı ilə fəaliyyətə başlamışıq, parlamentin qərarı ilə necə mandat itirə bilərik?”
Deputat bu halın parlamentin nüfuzuna zərər gətirəcəyini bildirib. Deputat onu da deyib ki, insan azadlıqları ilə bağlı öndə olan ölkələrdə deputatın davranış qaydası ilə bağlı qanun yoxdur.
Deputat Tahir Kərimli də layihəyə etiraz edib. O ən yumşaq halda qanun layihəsinin 5, 6, 10 və 11-ci maddələrinin dəyişdirilməsini istəyib. Bu layihələr deputatın fəaliyyəti, mandatdan məhrum edilməsi, kobud pozuntulara görə xəbərdarlıq və hədiyyələr almaqla bağlıdır.
"Biz indi necə bilək ki, hansı hərəkətimiz pozuntudur, hansı yox”, - deyə T. Kərimli qeyd edib
Deputat Fərəc Quliyev də qanun layihəsinə etiraz edərək, həmkarlarının fikirlərinə şərik olduğunu bildirib. O, layihədə deputatı kiçildən məqamların olduğunu bildirib. F. Quliyev daha çox deputatın hədiyyə götürməsi ilə bağlı maddəyə etiraz edib.
Müzakirələr davam edir.
banner

Oxşar Xəbərlər