• cümə axşamı, 28 mart, 22:40
  • Baku Bakı 13°C

Millət vəkilləri ATƏT DTİHB-i tənqid ediblər

29.10.13 10:55 1141
Millət vəkilləri ATƏT DTİHB-i tənqid ediblər
APA-nın məlumatına görə, deputat Zahid Oruc bildirib ki, Azərbaycan xalqının iradəsini nə hansısa beynəlxalq təşkilatın qərarı, nə də kiminsə verdiyi siyasi bəyanat dəyişə bilər.
O qeyd edib ki, 9 oktyabr - Prezident seçkilərindən sonra Azərbaycan hakimiyyəti ilə xalq arasında vahidlik var və bu pozulmazdır: “Bəzi beynəlxalq təşkilatların Azərbaycana təzyiq edərək öz istədiklərini almaq niyyəti görünür. Biz bunun əvvəl də nəticələrini görmüşük və Azərbaycan bundan sonra da öz ənənəvi xəttini davam etdirəcək. Ölkəmiz nə Avropadan qorxur, nə də Rusiyanın egidası altında yaranan hansısa birliyə daxil olacaq”.
Deputat Fərəc Quliyev isə deyib ki, hansısa qurumun daxilində olan bir neçə nəfərin fikri ümumən beynəlxalq qurumlar adından qəbul edilə bilməz: “Azərbaycan terrorizmə qarşı mübarizədə öz töhfələrini verir, enerji sahəsində Qərblə geniş əməkdaşlığa malikdir. Azərbaycan bir neçə şəxsin qərəzli mövqeyinə görə Avropa ölkələri ilə əməkdaşlığını pozmayacaq və Qərblə inteqrasiyanı davam etdirəcək”.
Deputat Siyavuş Novruzov bu mövzu ilə bağlı deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və Avropa Parlamenti daim öz qərəzli mövqeyini nümayiş etdirib və bu, Azərbaycan cəmiyyəti tərəfindən mənfi qarşılanıb: “Xüsusilə ATƏT DTİHB-i nə ABŞ-da, nə Rusiyada keçirilən seçkilərə buraxıblar. Avropa dövlətlərinin nümayəndələri Azərbaycanda keçirilən prezident seçkilərini izlədilər və öz pozitiv mövqeyini bildirdilər”.
Deputat Asim Mollazadə isə bildirib ki, bu təzyiqlərin arxasında Azərbaycanın strateji inkişaf xəttinin qarşısını almaq niyyətləri dayanır, lakin onlar bu istəklərinə nail ola bilməyəcəklər: “Azərbaycan 20 ildir ATƏT-in üzvü olsa da, DTİHB-də təmsil olunmur. Ermənistanın isə bu qurumda 4 təmsilçisi işləyir ki, bu da müvafiq suallar doğurur”.
banner

Oxşar Xəbərlər