• cümə, 19 Aprel, 23:15
  • Baku Bakı 24°C

Millət vəkilindən Milli Şura ilə bağlı maraqlı Açıqlama

06.08.13 11:22 1309
Millət vəkilindən Milli Şura ilə bağlı maraqlı  Açıqlama
“Hazırda Milli Şura daxilində olduqca böyük gərginlik yaşanır”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
S. Novruzov qeyd edib ki, YAP müxalifətin bu layihəsi ilə bağlı vaxtilə kifayət qədər proqnoz verib: “Zaman göstərir ki, bu proqnozlar düzdür”.
YAP funksioneri bildirib ki, Milli Şura rəhbərliyində təmsil olunanlar arasında səmimi münasibət yoxdur: “Artıq qurumun rəhbərliyindəki şəxslər arasında rəqabət gedir. Bu baxımdan Milli Şuranın dağılması labüddür. Ayrı-ayrı partiyalar seçkilərdə öz namizədini irəli sürmək üçün yəqin ki, bu həftənin sonunda toplantılarını keçirəcək”.
banner

Oxşar Xəbərlər