AZE | RUS | ENG |


Millət vəkili: "Son 9 ayın yekunları Azərbaycanın uğurla inkişaf etdiyini sübut edir"

Millət vəkili:
"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycana hər gün yeni-yeni nailiyyətlər qazandırır. Biz bunu daxili və xarici siyasət sahəsində, eləcə də sosial və mədəniyyət sektorlarında müşahidə edirik. Əlbəttə ki, daha çox diqqət cəlb edən sahə də məhz iqtisadiyyatdır".

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, ötən ildən başlayaraq qlobal böhranın təsirlərini minimuma endirmək və ölkəmizi yenidən dinamik inkişaf mərhələsinə çatdırmaq üçün reallaşdırılan islahatlar artıq öz bəhrəsini verir: "Belə ki, bu ilin son 9 ayının yekunlarına görə, qeyri-neft iqtisadiyyatımız 2,5 faiz, eləcə də qeyri-neft sənayesi 3,1 faiz və kənd təsərrüfatı 2,8 faiz artıb. Bununla yanaşı, xarici ticarət dövriyyəsi 7 faiz artıb, xarici ticarətin müsbət saldosu isə 4,4 milyard dollara bərabər olub. Hətta dünya bazarlarında neftin qiymətinin hələ də aşağı səviyyədə olmasına baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Ötən müddət ərzində yeni istehsal müəssisələrinin yaradılması, aqroparkların və sənaye məhəllələrinin işə salınması nəticəsində yeni iş yerlərinin yaradılması prosesi də uğurla gedib. Elə bu səbəbdəndir ki, son 9 ay ərzində 226 min yeni iş yeri yaradılıb, onlardan 171 mini isə daimidir. Göründüyü kimi, son 9 ayın yekunları Azərbaycanın uğurla inkişaf etdiyini sübut edir”.

Deputat qeyd edib ki, ölkəmizin tərəqqisi davamlı, dinamik və hərtərəfli xarakter alıb: "Əldə olunan nailiyyətlər bir daha əminlik yaradır ki, Azərbaycan 2017-ci ili də uğurla başa vuracaq".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001