• cümə, 29 Mart, 12:58
  • Baku Bakı 14°C

Millət vəkili Pərvin Kərimzadə seçiciləri ilə görüşüb

23.10.18 14:37 746
Millət vəkili Pərvin Kərimzadə seçiciləri ilə görüşüb
37 saylı Nizami I (Gəncə) seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında yerləşən ofisində seçiciləri ilə görüşüb.
Mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlan millət vəkili bu dəfə də seçiciləri ayrı-ayrılıqda qəbul edib. Səmimi şəkildə keçən görüşdə Pərvin Kərimzadə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşıb, lazımi köməklik göstərəcəyini bildirib.
Seçicilərin məşğulluq, hüquqi, tibbi yardım, sosial yönümlü məsələlərlə bağlı müraciətlərinin bəziləri yerindəcə həllini tapəb. Eyni zamanda araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb, digər məsələlərin icrası istiqamətində də müvafiq addımlar atılacağı bildirilib.
banner

Oxşar Xəbərlər