• çərşənbə, 24 Aprel, 22:54
  • Baku Bakı 23°C

Millət vəkili Pərvin Kərimzadə seçiciləri ilə görüşüb - Fotolar

10.09.18 12:08 777
Millət vəkili Pərvin Kərimzadə seçiciləri ilə görüşüb - Fotolar
Milli Məclisin deputatı Pərvin Kərimzadə YAP Gəncə şəhər Təşkilatında yerləşən ofisində seçiciləri ilə növbəti görüşünü keçirib.

Seçicilər millət vəkili ilə görüşdə əsasən məşğulluq, təhsil, sosial, hüquqi və tibbi yardımla, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər ediblər.

Müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, bəzilərinin həlli məsələsi ilə bağlı seçicilər müvafiq təşkilatlara yönləndiriliblər.

Görüşdə o da vurğulanıb ki, seçicilərin müraciətləri aidiyyatı qurumlara göndərməklə kifayətlənilmir, eyni zamanda onların icra edilməsi daim diqqətdə saxlanılır.



banner

Oxşar Xəbərlər