AZE | RUS | ENG |

Millət vəkili Pərvin Kərimzadə Cavad xanın kötücəsi ilə görüşüb

Millət vəkili Pərvin Kərimzadə Cavad xanın kötücəsi ilə görüşüb
"Cavad xan” Tarix və Mədəniyyət Fondunun rəhbəri, Gəncənin sonuncu xanı Cavad xanın kötücəsi, İsmayıl xan Ziyadxanovun nəvəsi Valid Ziyadlı Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadənin qonağı olub.

Görüşdə Cavad xanın igidliyindən, mərdliyindən danışan millət vəkili Pərvin Kərimzadə bildirib ki, Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparan qəhrəmanın xatirəsinin əziz tutulur və onun Azərbaycanın tarixindəki roluna layiqli qiymət verilir. Millət vəkili qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Gəncənin ən qədim küçəsinə və bir qəsəbəyə əfsanəvi xalq qəhrəmanının adı verilib. Həmçinin, Bakıda da bir küçəyə Cavad xanın adı verilib.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə Gəncə şəhərində Cavad xanın məqbərəsi ucaldılıb, qəhrəmanın mərdliyindən bəhs edən film çəkilib.

Qəhrəmanını kötücəsi Valid Ziyadlı Cavad xanın xatirəsinin əziz tutulmasından, onun anım mərasiminin yüksək səviyyədə təşkilindən, Cavad xan heykəlinin ucaldılması ilə bağlı görülən işlərdən minnətdarlıq hissi ilə danışıb.

Görüşdə həmçinin Gəncədə qədim şəhərin tarixinə, görkəmli şəxsiyyətlərinə həsr edilən konfransın keçirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb.

Millət vəkili Pərvin Kərimzadə qonağa Gəncə Dövlət Universitetinin yaranmasının 80 illiyinə həsr edilmiş kitabı hədiyyə edib.

Sonda xatirə şəkli çəkdirilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973