• şənbə, 20 Aprel, 18:53
  • Baku Bakı 24°C

Millət vəkili Pərvin Kərimzadə: “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır”

02.04.19 15:37 579
Millət vəkili Pərvin Kərimzadə: “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır”
"Azərbaycan xalqının birliyinin, bütövlüyünün, qələbəyə inam hissinin rəmzi olan Aprel döyüşləri bir daha bütün dünyaya ölkəmizin qələbə əzmini, tezliklə ədalətin bərpa olunacağını bəyan etdi”.
Bu barədəMilli Məclisin deputatı Pərvin Kərimzadə "Kaspi” qəzetinə açıqlamasındabildirib. O qeyd edib ki, Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi tariximizə yazıldı, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, peşəkar, vətənpərvər, qəhrəman əsgərlərimizin gücünu, qüdrətini bir daha nümayiş etdirdi: "Basılmaz Azərbaycan Ordusu 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda əks-həmlə ilə təxribatların qarşısını aldı. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Silahlı Qüvvələrimizin döyüşcülərinin qəhrəmanlığı, igidliyi sayəsində mənfur qonşularımızın öz orduları haqqında yaratdıqları mif alt-üst edildi. Azərbaycan Ordusunun sücayəti qarşısında düşmən öz məqsədlərinə nali ola bilmədi. Onların planları baş tutmadı. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat orqanları tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Ordusu xeyli irəlilədi. Azərbaycan bayrağı Lələtəpə yüksəkliyində asıldı”.
Millət vəkili deyib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar işğalçı Ermənistan rəhbərliyinin iç üzünü beynəlxalq ictimaiyyətə tanıdıb: "Ermənistanın işğalçı siyasəti isə dövlətini, xalqını çətin vəziyyətə saldı, ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qaldı. Dövlət başçımızın Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verdi. Azərbaycana vurulan zərbələrə, xainliklərə baxmayaraq Prezident İlham Əliyev naxələf qonşulara böhrandan çıxmağın yolunu göstərərək qeyd edib ki, Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən və öz qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdan asılıdır. Lakin Ermənistan rəhbərliyi ölkədə baş alıb gedən sosial-iqtisadi böhrandan xalqı yayındırmaq məqsədi ilə çirkin əməllərindən əl çəkmək istəmir. İşğalçı dövlət unudur ki, Azərbaycanın qazandığı uğurlar, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, Ordumuzun güclənməsi, digər tərəfdən isə Ermənistanın regionda gedən siyasi proselərdən kənarda qalması tezliklə üçrəngli bayrağımızının Lələtəpə yüksəkliyində olduğu kimi, doğma Qarabağın hər bir guşəsində dalğalanacağından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi "Dağlıq Qarabağ ölkəmizin ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq".
Alpər TURAN
banner

Oxşar Xəbərlər