• cümə axşamı, 28 mart, 14:05
  • Baku Bakı 16°C

Millət vəkili: “Nazirlər Kabinetinin strukturu sovet vaxtından qalmış struktur idi”

17.10.17 16:25 2927
Millət vəkili: “Nazirlər Kabinetinin strukturu sovet vaxtından qalmış struktur idi”
"Azərbaycanda 2016-cı il sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi keçirilib. Buna uyğun olaraq hakimiyyətdə müəyyən struktur dəyişiklikləri baş verdi. Azərbaycan prezidentiİlham Əliyev2016-cü ilin dekabrında strateji yol xəritələrini təsdiq edib. Bu strateji xəritələrə uyğun olaraq Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinə başlanıb”.
BunuAPA-ya açıqlamasında Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlara münasibət bildirən millət vəkili, baş nazirin sabiq müavini Vahid Əhmədov deyib.
V. Əhmədov bildirib ki, dövlət başçısı Prezident Administrasiyasında islahatlar aparıb, prezidentin köməkçiləri institutu yaradılıb, müəyyən şöbələr ləğv edilib: "İkinci mərhələdə Nazirlər Kabinetinin strukturu dəyişdirildi. Azərbaycan prezidentinin 2017-ci il 23 avqust tarixli fərmanı iləNazirlər KabinetiAparatının yeni strukturu təsdiq edildi və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 280 ştat vahidindən 200 ştat vahidinə endirildi, ixtisarlar aparıldı. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradıldı. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirildi”.
Millət vəkili bunun çox əhəmiyyətli bir addım olduğunu vurğulayıb: "Bu, çox əhəmiyyətli bir addım idi. Çünki Nazirlər Kabinetinin strukturu sovet vaxtından qalmış, o siyasi, iqtisadi sistemə uyğunlaşdırılmış struktur idi.Nazirlər Kabinetibu vaxta qədər 1994-cü ildə təsdiq edilən Müvəqqəti Reqlament əsasında fəaliyyət göstərirdi. Halbuki indi daha çevik bir hökumətə ehtiyac var idi ki, prezident tərəfindən təqdim edilən iqtisadi islahatları keçirə bilsin. Struktur islahatları həyata keçirilməklə daha çevik hökumət quruldu ki, bu da Azərbaycanda iqtisadi islahatları aparmaq üçün normal şərait yaratmağa yönəldilib. Düzdür, müəyyən struktur islahatları sona çatdırılmayıb, hələ müəyyən işlər görüləcək, amma aparılan işlər bizi qane edir və islahatlar davam etdiriləcək. Azərbaycanda Nazirlər Kabinetinin strukturunun təkmilləşdirilməsi Azərbaycanda aparılan iqtisadi islahatların faktiki olaraq tərkib hissəsidir”.
banner

Oxşar Xəbərlər