• cümə, 26 Aprel, 12:15
  • Baku Bakı 23°C

Millət vəkili Naqif Həmzəyev seçiciləri qəbul edib - Fotolar

21.02.18 11:15 809
Millət vəkili Naqif Həmzəyev seçiciləri qəbul edib - Fotolar
38 saylı Nizami II (Gəncə) seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Naqif Həmzəyev Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatındayerləşən ofisində vətəndaşların növbəti qəbulunu keçirib.

Millət vəkilinin köməkçisi Tural Verdiyevin verdiyi məlumata görə, qəbulda 21 vətəndaş iştirak edib.

Mütəmadi olaraq seçicilərlə görüşən, onların problemlərini dinləyən millət vəkili bu dəfə də ayrı-ayrılıqda vətəndaşları qəbul edib,onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirib. Araşdırılması tələb olunan müraciətlər millət vəkili tərəfindən nəzarətə götürülüb, aidiyyatı orqanlara sorğular göndərilib.

Müraciətlər əsasən gənclərin məşğulluğu,sənədləşdirmə, hüquqi yardım və s. ilə bağlı olub.Xüsusən gənclərinməşğulluqla bağlı müraciətləri sahəsində konkret addımlar atılıb, 6 nəfər Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə daimi işlə təmin edilib.






banner

Oxşar Xəbərlər