• cümə axşamı, 25 aprel, 10:48
  • Baku Bakı 14°C

Millət vəkili Naqif Həmzəyev Qazaxıstanda gənclər siyasətindən danışıb

28.11.19 12:37 378
Millət vəkili Naqif Həmzəyev Qazaxıstanda gənclər siyasətindən danışıb
27 noyabr 2019-cu il tarixində Qazaxıstanın Nur-Sultan şəhərində Qazaxıstan Respublikası Parlamenti Məclisi ilə TÜRKPA-nın birgə təşkilatçılığı ilə "Gənclərin dəyərləri və parlament həmrəyliyi” mövzusunda gənc parlamentarilərin birinci toplantısı keçirilib.

Qazaxıstan Parlamenti Məclisinin Aqrar məsələlər komitəsinin sədri və TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının sədri cənab Berik Ospanovun moderatorluq etdiyi toplantıda TÜRKPA üzv ölkələrinin parlamentariləri, eləcə də Qazaxıstan dövlət orqanlarının nümayəndələri bir araya gəlib.

Ölkəmizi toplantıda təmsil edən Milli Məclisin AŞPA nümayəndə heyətinin və Qazaxıstan dostluq qrupunun üzvü Naqif Həmzəyev çıxış edərək, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi sahəsində bir çox dövlət proqramları uğurla həyata keçirilir. Məqsədyönlü siyasət nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik, milli düşüncə və yüksək ideallara sahib gənclər formalaşıb. Gənclərimiz Azərbaycanı xaricdə uğurla təmsil etməklə, ölkələr arasında əlaqələrin möhkəmlənməsinə töhfələrini verməklə yanaşı, dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri, xüsusən də Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ münaqişəsi barədə məlumatların çatdırılmasında fəallıq göstərirlər.


Daha sonra toplantının gənclər siyasəti ilə bağlı türkdilli ölkələrin ortaq konsepsiyasının formalaşması yolunda ilk addım gənc parlamentarilər arasında ideya və fikir mübadiləsi üçün fürsət olduğu qeyd edilib.

Hər il gənc parlamentarilərin toplantısının keçirilməsi təklifi hər kəs tərəfindən dəstəklənib.

banner

Oxşar Xəbərlər