• cümə, 19 Aprel, 14:07
  • Baku Bakı 25°C

Millət vəkili: Musa Yaquba vaxtında dəyər verməliyik

09.04.19 15:00 482
Millət vəkili: Musa Yaquba vaxtında dəyər verməliyik
Azərbaycanda kitab və çap məhsulları əlavə dəyər vergisindən (ƏDV) azad edilməlidir.
Trend-in məlumatına görə, bunu millət vəkili Fazil Mustafa bu gün Milli Məclisin plenar iclasında söyləyib.
O deyib ki, kitab və çap məhsulları sahəsində ölkəyə gətirilirkən 18 faiz əlavə dəyər vergisi tutulur. Bir sıra ölkələrdə bu vergi ləğv edilib.
Millət vəkili bildirib ki, yaradıcı insanların problemləri qaldırılmalıdır: "Məsələn, mən demirəm ki, Musa Yaquba, Ramiz Rövşənə niyə "Xalq şairi", Süleyman Abdullayevə "Xalq yazıçısı" adı verilmir, əslində onlar xalqın şairi və yazıçılarıdır. Ancaq bu gün Musa Yaqub ağır durumdadır, o, yardım istəyir, ona kimsə yardım etmir. Biz yaradıcı insanlara vaxtında dəyər verməliyik".
banner

Oxşar Xəbərlər