• cümə axşamı, 28 mart, 18:11
  • Baku Bakı 13°C

Millət vəkili: "Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir"

23.05.20 21:15 707
Millət vəkili: "Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir"
"Azərbaycanda aparılan hərtərəfli islahatların əsas istiqamətlərindən birini korrupsiya və rüşvətxorluğa qarşı mübarizə təşkil edir. Cənab Prezident demək olar ki, bütün çıxışlarında bu mübarizənin qəti və amansız olacağını həmişə vurğulayıb. O, xüsusilə qeyd edib ki, qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq”.
Bu fikirləri "Kaspi" qəzetinə açıqlamasında millət vəkili Tamam Cəfərova bildirib.
Deputat qeyd edib ki,Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbulu zamanı da rüşvətxorluğa və korrupsiyaya qarşı amansız mübarizə aparılmalı olduğunu vurğulayıb: "Dövlət başçısı deyib ki, Ağstafa və İmişli rayonlarında əvvəlki icra hakimiyyəti başçıları tərəfindən edilmiş bu pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq. Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır”.
Millət vəkili bildirib ki, ölkə rəhbəri gənc başçılara korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə ilə bağlı öz tapşırıqlarını verib və bu mübarizədə ictimai nəzarətin rolunu xüsusi vurğulayıb: "Prezident onlara xitabən deyib ki, "Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın”. Biz, cəmiyyət olaraq yeni dövlət quruculuğu yolunda Cənab Prezidentin fəaliyyətini, siyasi iradəsini, onun korrupsiyaya, rüşvətxorluğa qarşı apardığı amansız və barışmaz mübarizəni dəstəkləyirik və DTX-nın bu istiqamətdəki əməliyyatlarını təqdir edirik.Biz əminik ki, bu mübarizə ölkəmizdə aparılan inqilabi islahatların uğurla həyata keçirilməsi yolunda olan maneələri aradan qaldıracaq və Azərbaycanın uğurlu, dayanıqlı inkişafına təkan verəcək".
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər