• şənbə, 20 Aprel, 02:33
  • Baku Bakı 15°C

Millət vəkili: “İğtişaşın Gəncə sakinlərinə aidiyyəti yoxdur”

11.07.18 12:45 477
Millət vəkili: “İğtişaşın Gəncə sakinlərinə aidiyyəti yoxdur”
"İğtişaşın Azərbaycan xalqının qədim mədəniyyət beşiklərindən biri, millətimizin müsəlman Şərqində ilk olaraq qurduğu Cümhuriyyətimizin paytaxtı Gəncə şəhərinin sakinlərinəheç bir aidiyyəti yoxdur. Çünki gəncəlilər daim müstəqil dövlətimizin və dövlətçiliyimizin yanında olub, heç bir zaman təxribatlara uymayıb”.
APA-nın xəbərinə görə, bunu millət vəkili, AMEA-nın müxbir üzvüMusa Qasımlıdeyib.
Millət vəkili qeyd edib ki, Gəncədə baş vermiş iğtişaşın imanlı, inanclı adamlarla, əsl dindarlarla da heç bir əlaqəsi yoxdur: "Çünki ölkəmizdə din dövlətdən ayrı olsa da,dövlət bütün dinlər üçün şərait yaradıb və onların işlərinə qarışmır. Hadisəni törədənlər xaricdən maliyyələşən, idarə olunan, AzərbaycanıSuriyaya çevirmək və dövlətimizin dünyəvi təməllərini sarsıdıb dini dövlət qurmaq istəyən radikal qruplaşmalardır. Hesab edirəm ki, belə cəhdlərin qarşısı dövlətimizin bütün qanunları ilə qətiyyətlə alınmalıdır. İctimai təhlükəsizliyi qoruyanvə dövlətinorqanı olan polisə qaldırılan əl elə kəsilməlidir ki, digərlərinə də dərs olsun. İşğalçı Ermənistanın təcavüzünə qarşı mübarizədə rəşadət göstərmiş, həyatını dövlətə xidmətdə keçirən və daim dövlətimizə sədaqətli olan polisə necə əl qaldırmaq olar? Bunu edənin adı nədir? Sual oluna bilər? Bu iğtişaş gözlənilən idimi? Hesab edirəm ki, bəli! Hələ Prezident seçkilərinin vaxtının dəyişdirilməsi zamanı səbəb kimi baş verən mürəkkəb proseslərin getdiyinə dair fikirlər səsləndirilirdi”.
O, radikal dini qruplaşmaların fəaliyyətinin artması və baş verən digər xoşagəlməz son hadisələrin hamısının bununla bağlı olduğunu bildirib: "Fikrimcə, daha üç hadisə Azərbaycan dövlətçiliyinə qənim kəsilən radikal qüvvələri iğtişaş törətməyə vadar etdi.Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə və xaricdə bayram edilməsi,millətimizin bağrından çıxan ordumuzun möhtəşəm paradı, Naxçıvanda Günnüt əməliyyatı nəticəsində düşmənin qovulması və torpaqlarımızın azad edilməsi. İğtişaşları törətməyə can atanlar unudurlar ki, bu gün Azərbaycan dövləti çox güclüdür, bütün təxribatların qarşısını almağa qadirdir. Azərbaycan xalqı isə etimad göstərdiyi prezidentİlham Əliyevə güvənir və arxasındadır, pozucu qüvvələrə heç bir zaman meydan verməz. Millətimizin iradəsi hər şeydən üstündür. Gəncədə törədilən iğtişaş zamanı həlak olan polis işçilərinə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirəm. Qəbirləri nurla dolsun”.
banner

Oxşar Xəbərlər