• çərşənbə, 24 Aprel, 00:39
  • Baku Bakı 14°C

Millət vəkili: Gəncədə baş verən hadisələr Azərbaycan dövlətçiliyinə qəsddir

11.07.18 13:49 1003
Millət vəkili: Gəncədə baş verən hadisələr Azərbaycan dövlətçiliyinə qəsddir
Gəncədə baş verən hadisələr Azərbaycan dövlətçiliyinə qəsddir. Bunu Trend-ə deputat Musa Quliyev deyib.
Millət vəkili qeyd edib ki, dini radikal qrupların müxtəlif mənbələrdən maliyyələşməsi və istiqamətləşməsi nəticəsində Gəncədə iğtişaş törətmək respublikada əmin-amanlığı, asayişi pozmaq, xof yaratmaq məqsədi güdür:"Lakin o insanlar heç vaxt öz niyyətlərinə çatmayacaqlar. Artıq Gəncədə asayiş bərpa olunub. Hüquq-mühafizə orqanları günahkar şəxslərin istintaqını aparır. Onlara dəstək verən, hər hansı şəkildə sosial şəbəkələrdə, saytlarda onların tərəfində duran şəxslərin araşdırılması və daşıdığı cinayətə uyğun məsuliyyətə cəlb olunması işi gedir. Sevindirici haldır ki, bütün Gəncə əhalisi bu terror, iğtişaş aktını pisləyir, lənətləyir. O qüvvələrə Gəncədə heç bir dəstək yoxdur".
M.Quliyev vurğulayıb ki, son bir həftədə bütün Azərbaycan əhalisi öz dəstəyini, dövlətin, cənab Prezidentin yanında olduğunu göstərdi: "Bu terroru törədən və onlara dəstək verən insanlar da bilməlidir ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın qüdrətli Prezidenti var, Azərbaycan xalqı öz Prezidentinin yanındadır. Azərbaycanda heç vaxt sabitliyi, asayişi pozmaq olmaz. Azərbaycan öz yolu ilə irəliləyəcək".
Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
banner

Oxşar Xəbərlər