• cümə, 19 Aprel, 17:17
  • Baku Bakı 25°C

Millət vəkili daxili işlər nazirinə müraciət edib

07.05.14 13:24 1007
Millət vəkili daxili işlər nazirinə müraciət edib
Çingiz Qənizadə: “Leyla Yunusun təxribat xarakterli, qadına və əxlaqa sığmayan ifadələri və hərəkətləri qarşısında səbir və təmkin nümayiş etdirən gənc polis baş leytenantı mükafatlandırılsın”
Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edib. Müraciətdə özünü hüquq müdafiəçisi adlandıran, əslində bu ad altında fəaliyyəti və yeganə marağı xarici təşkilatlar tərəfindən maliyyələşən müxtəlif layihələr reallaşdırmaqla özünə var-dövlət, sərvət əldə etməyə çalışan Leyla Yunusun son vaxtlar özü haqqında əzabkeş bir obraz yaratmaqla məşğul olduğu diqqətə çatdırılıb. Nazirdən xahiş edilib ki, L.Yunusun təxribat xarakterli, qadına və əxlaqa sığmayan ifadələri və hərəkətləri qarşısında səbir və təmkin nümayiş etdirən gənc polis baş leytenantı mükafatlandırılsın: “İstintaqı aparılan cinayət işi ilə bağlı şahid qismində prokurorluq orqanlarına dəvət edilmiş Leyla Yunus qanunlara hörmət etmək əvəzinə istintaqın çağırışından yayınmağa üstünlük verib və daha uzağa gedərək iki xarici ölkə səfirliyinin əməkdaşlarının müşaiyəti ilə Bakı Beynəlxalq Hava Limanına gedərək ölkədən çıxmağa cəhd edib. İstintaq orqanı onun ölkədən çıxışına qadağa qoyduğu üçün Leyla Yunusun bu arzusu reallaşmamış və o geri qaytarılıb. Növbəti gün onun evində qanunauyğun olaraq axtarış aparmağa gələn istintaq əməkdaşlarına köməklik göstərən polis əməkdaşlarına qarşı hörmətsizlik nümayiş etdirməklə bərabər Leyla Yunus onları təxribata çəkməyə cəhd edib, polisə böhtan atmaqla yanaşı, gənc polis baş leytenantını əli ilə itələyib, onun xidməti baş geyimi olan papağını başından götürərək yerə atıb. O, bu hərəkəti ilə nəinki polis əməkdaşını təhqir edib, həm də yerə atdığı papağın üzərində əks olunmuş dövlətimizin atributu olan gerbimizi də yerə atıb. Leyla Yunus bu hərəkəti ilə dövlətimizə olan münasibətini, dırnaqarası sevgisini bir daha nümayiş etdirib. Bütün bunları Leyla Yunus bilərəkdən, qəsdən ona görə edib ki, polis ona qarşı zorakılıqla müşahidə olunan hərəkətlər etsin. Sosial şəbəkədə yayımlanan məlum video-görüntüdə Leyla Yunusun təxribat xarakterli, qadına və əxlaqa sığmayan ifadələri və hərəkətləri qarşısında səbir və təmkin nümayiş etdirən həmin gənc polis baş leytenantının mükafatlandırılmasını Sizdən xahiş edirəm”.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər