• cümə, 19 Aprel, 13:17
  • Baku Bakı 25°C

Millət vəkili: Azərbaycanda qeyri-neft sənayesi uğurla inkişaf edir

17.05.19 16:44 523
Millət vəkili: Azərbaycanda qeyri-neft sənayesi uğurla inkişaf edir
Azərbaycanda qeyri-neft sənayesi uğurla inkişaf edir.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, ötən gün Prezident İlham Əliyev tərəfindən Pirallahı rayonunda yaradılan Pirallahı Sənaye Parkında "Diamed” şpris istehsalı zavodunun açılışı olub:
"İstifadəyə verilən zavodun illik istehsal gücü 150 milyon şprisdir. Zavodun istehsal etdiyi məhsullar nəinki yerli tələbatı ödəyəcək, eyni zamanda Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək. Bununla da ölkəmizin ixrac potensialı bir qədər də artacaq. Zavodda 150 yeni iş yeri yaradılacaq. Bu da Pirallahı rayonunda əhalinin məşğulluq səviyyəsinin daha yüksək səviyyədə təmin olunmasına şərait yaradır".
Millət vəkilinin sözlərinə görə, bu zavodun açılışı bir daha göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.
banner

Oxşar Xəbərlər