• cümə, 29 Mart, 18:46
  • Baku Bakı 14°C

Millət vəkili: Avropada Azərbaycanın mövqeyi dəstəklənir

18.12.18 14:07 509
Millət vəkili: Avropada Azərbaycanın mövqeyi dəstəklənir
Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında təqdim olunan məruzə Azərbaycanın maraqlarına uyğun idi.
Trend-in məlumatına görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, deputat Cavanşir Feyziyev deyib.
O qeyd edib ki, məruzədə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin qorunması öz əksini tapmaqla yanaşı, "Şərq Tərəfdaşlığı” ölkələrində münaqişələrin sülh və ərazi bütövlüyü prinsipi ilə həll olunması qeyd olunub: "Bundan əlavə, sənəddə "Şərq Tərəfdaşlığı” ölkələrində mövcud münaqişələrdən əziyyət çəkənlərə, qaçqın və məcburi köçkünlərə yardım edilməsi öz əksini tapıb”.
Deputat bildirib ki, ənənəvi olaraq bu dəfə də Avropa Parlamentində təqdim olunan məruzələrə Ermənistan tərəfindən əks reaksiya verilib. Erməni lobbiçilərin təklifi 525 səs əleyhinə olunmaqla rədd edildi: "Bütün bunlar Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin düşünülmüş xarici siyasəti nəticəsində Avropada Azərbaycanın mövqeyi dəstəklənir. Artıq Azərbaycana qarşı ikili yanaşmalara son qoyulmaqdadır. Bütün bunların əsasında Azərbaycan Prezidentinin yorulmaz fəaliyyəti, Azərbaycan diplomatiyasının fəaliyyəti dayanır”.
banner

Oxşar Xəbərlər