• cümə, 29 Mart, 16:35
  • Baku Bakı 14°C

Millət vəkili ABŞ Dövlət Departamentinin hesabatını yalan adlandırdı

04.03.14 11:26 1082
Millət vəkili ABŞ Dövlət Departamentinin hesabatını yalan adlandırdı
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, 10 il əvvəl nə yazılıbsa, indi də hesabatda həmin yazılanlar təkrar olunub.
O qeyd edib ki, hesabatda Azərbaycanın işğal olunan əraziləri ilə bağlı bir fikir səsləndirilib, o da tamamilə qərəzli formadadır: “Orada qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu hələ də Ermənistan separatçılarının köməyi ilə işğal altındadır. Yazılmayıb ki, həmin ərazilər Ermənistan dövlətini himayə edənlərin gücü nəticəsində işğal altındadır. Digər tərəfdən, Azərbaycanda insan hüquqlarının qorunması ilə məşğul olan erməni mənşəli insanlar tərəfindən yalan, böhtan, şər xarakterli məlumatların hamısı hesabatda dərc olunub. Bu cür ikili standartlarla məsələyə yanaşdıqda, başqa yerdə də başqa hadisələr baş verir. Çünki Ermənistandakı seçkilərlə Azərbaycandakı seçkiləri müqayisə etmək olmaz. Çünki ölkəmizdə azad, ədalətli və şəffaf seçkilər keçirilib. Ancaq Ermənistanda prezidentliyə namizədliyini irəli sürən insana qarşı terror aktı törədildi. Hesabatda qeyd edirlər ki, İlqar Məmmədov prezidentliyə namizəd idi. Yalanın böyüklüyünə bir baxın. İlqar Məmmədov həmin vaxt həbsxanada idi. O, nə vaxtdan prezidentliyə namizədliyini vermişdi?! Prezidentliyə namizəd olmaq üçün müəyyən statuslar mövcuddur. İlqar Məmmədovun hansı statusu var? Buna görə də hesabatda yer alan bütün fikirlər yalandır”.
Spiker Oqtay Əsədov isə deyib ki, həmin qurumlar Azərbaycanı sevmirlər: “Bəli, sevmirlər və neynəyək ki, bizi sevmirlər? Nə qədər problemlər həll olunsa da, yenə də ikinci bir məsələ ortaya çıxaracaqlar. Lakin onların qaldırdığı məsələ öz-özlüyündə həll olunacaq. Biz bu kimi məsələləri güc yolu ilə həll edə bilmərik. Hər kəs şahidi olacaq ki, bu kimi problemlər yavaş-yavaş öz həllini tapacaq”.
banner

Oxşar Xəbərlər