• çərşənbə axşamı, 23 aprel, 14:05
  • Baku Bakı 24°C

“Milan”dan ittiham - O, şoumenə çevrilir

15.12.17 13:15 2035
“Milan”dan ittiham - O, şoumenə çevrilir
"Milan”ıln idman direktoru Massimiliano Mirabelli komandanın qapıçısı Canuici Donnarumma ilə bağlı yaşanan transfer söz-söhbətinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Mirabelli qapıçının agenti Mino Rayolanı kəskin tənqid edib. O, qapıçını satmayacaqlarını da vurğulayıb:
"Bu məsələdə bizim mövqeyimiz aydındır – heç kim i satmırıq. Əgər futbolçu getmək istəyirsə, onda ilk növbədə bizə məlumat verməlidir.
Ondan sonra isə onu almaq istəyən klub bizim tələblərimizi yerinə yetirməlidir. Biz heç kimi boğazından yapışıb saxlamırıq.
Mənim Rayola ilə görüşüm planlaşdırılmayıb. Cicinin "Milan”la 2021-ci ilə qədər müqaviləsi var. Mən Rayola ilə nəyi müzakirə etməliyəm?
Cicini satmaq niyyətində deyilik. O, getmək istəsəydi, bizə məlumat verərdi. Amma bu barədə bizə heç nə deməyib. O, "Milan”ı sevir.
Rayola artıq şoumenə çevrilir. Biz Cicini ondan qorumalıyıq. Biz bu şoumenə gülürük. Ancaq o, sadə yolla aralanmayacaq”.
Bir müddət əvvəl Rayola "Milan”ı Donnarummaya psixoloji təzyiq göstərməkdə ittiham etmişdi.
banner

Oxşar Xəbərlər