• çərşənbə, 24 Aprel, 06:50
  • Baku Bakı 13°C

“Milan” rəsmisi Bufona “ilişdi” - Muntari salam söyləyir

13.04.18 10:20 864
“Milan” rəsmisi Bufona “ilişdi” - Muntari salam söyləyir
"Milan”ın auksionerlərindən biri Cüzeppe La Skala ÇL-in 1/4 finalında keçirilən "Real” - "Yuventus” oyunu (1:3) barədə danışıb.
Kaspi.az xəbər verir ki, Skala baş hakimin haqlı olaraq penalti təyin etdiyini bildirib. O, Canluici Buffona da ironiyalı atmaca ilə cavab verib:
"Təəssüf ki, penalti təmiz idi. Əgər əksinə olsaydı, onda hakim böyük səhv etmiş olardı. Çao, Cici, Muntari salam söyləyir.
Hakimi rüşvət almaqda ittiham etmək düz deyil. "Yuventus”un lehinə oynayan hakimlər çox həssas olublar”.
2011/12 mövsümündə keçirilən "Milan” - "Yuventus” oyununda hakim Muntarinin təmiz qolunu qeydə almamışdı. Oyundan sonra isə Canluici Buffon topun qapı xəttini keçdiyini etiraf etməmişdi.
Skala məhz həmin oyunu xatırlayaraq, Buffona ironiyalı mesaj göndərib.
banner

Oxşar Xəbərlər